Dəməşqin ABŞ medialarının xəbərlərinə cavabı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i266962-dəməşqin_abŞ_medialarının_xəbərlərinə_cavabı
Suriya xarici işlər nazirinin müavini ABŞ medialarının xəbərlərinə reaksiyada bir daha bildiribdir ki, bu ölkənin heç bir kimyəvi silahı yoxdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 25, 2017 06:40 Asia/Baku
  • Dəməşqin ABŞ medialarının xəbərlərinə cavabı
    Dəməşqin ABŞ medialarının xəbərlərinə cavabı

Suriya xarici işlər nazirinin müavini ABŞ medialarının xəbərlərinə reaksiyada bir daha bildiribdir ki, bu ölkənin heç bir kimyəvi silahı yoxdur.

IRNA-nın məlumatına görə, Suriya xarici işlər nazirinin müavini Fəysəl Əlmiqdad dünən gecə Dəməşqdə keçirilən "Mediada Vətəndaş Hüququ" adlı konfransda ABŞ-ın Suriyanın Əlşayrat bazasına qarşı təcavüzünü əsaslandırmaq üzrə amerikan və digər xarici mediaların yalan xəbərlərinə reaksiyada bildirib ki, bu ölkənin heç bir kimyəvi silahı yoxdur.

Fəysəl Əlmiqdad özünün Suriyada kimyəvi silahların məhv edilməsi üzrə razılaşmaya nəzarətə dair məsuliyyətinə toxunaraq, vurğulayıb: Qərbin Suriyaya qarşı ittihamları elə bir haldadır ki, Dəməşq bu barədəki bütün sənədləri Qərb ölkələrinə təqdim edibdir.

Amerika Suriyanın İdlib vilayətinə qarşı şübhəli kimyəvi hücumu bəhanə gətirərək, aprelin 7-də Aralıq dənizindəki iki hərbi gəmisindən 59 ədəd raketi Suriyanın Əlşayrat bazasına atdı. Nəticədə 4 uşaq daxil olmaqla 9 mülki həlak oldu, yeddi nəfər də yaralandı.