Livan ordusu İŞİD-in mövqelərini ağır hücumlara məruz qoyub
-
Livan ordusu İŞİD-in mövqelərini ağır hücumlara məruz qoyub
Livan ordusunun bu ölkənin Əlbəqa vilayətində İŞİD-in mövqelərinə qarşı ağır hücumları bir neçə nəfərin ölməsi və yaralanması ilə nəticələnib.
IRNA-nın məlumatına görə, Livan ordusu dünən gecə vertolyot və ağır texnika ilə İŞİD terrorçularının Əlbəqa vilayətindəki Əlqaa və Rəs Bəəlbək yüksəkliklərində yerləşən mövqelərini hədəfə alıbdır ki, nəticədə bir neçə terrorçu ölüb və ya yaralanıbdır.
Hizbullah qüvvələri də dünən İŞİD-in Cəbəl Əlmusil, Əlzuytini və Rəs Bəəlbək yüksəkliklərində yerləşən mövqelərini raket və artilleriya ilə hədəfə alıbdır ki, nəticədə bir neçə terrorçu ölüb və ya yaralanıbdır.
Livan ordusu bundan öncə də Bəəlbəkdə yerləşən Ərsal yüksəkliklərində keçirdiyi əməliyyatda on terrorçunu əsir almışdı.
Livan ordusu və Hizbullah qüvvələri son aylar İŞİD-in Suriya-Livan sərhədində yerləşən Əlbəqa vilayətindəki mövqelərinə qarşı geniş hücumlar həyata keçirmişdilər.
Suriyanın sərhəd şəhərlərinin terrorçulardan təmizlənməsi və onların Livanın sərhəd şəhərlərindəki mövqelərinə qarşı geniş hücumlar bu məntəqələrdəki terror qruplarını son dərəcə zəiflədibdir.