Apr 25, 2017 12:46 Asia/Baku
  • ABŞ Əfqanıstanda sülhün bərqərarı yolunda ən mühüm maneədir

Əfqanıstan milli məclisinin üzvləri ABŞ-ın bu ölkədəki hərbi iştirakını Əfqanıstanda sülhün bərqərarı yolunda ən mühüm maneə adlandırıblar.

IRIB-nin məlumatına görə, Əfqanıstan milli məclisinin üzvləri dünən özlərinin açıq iclaslarında bildiriblər ki, ABŞ-ın bu ölkədəki hərbi iştirakının davam edəcəyi zamanadək ölkələri sülh və sabitliyin üzünü görməyəcək.

Əfqanıstanın Fərah vilayətinin nümayəndəsi Osmani Fərahi deyib ki, ABŞ-ın regionda olduğu zamanadək İslam Dünyası, xüsusən Əfqanıstan təhlükəsizliyin üzünü görməyəcəkdir.

Əfqanıstan milli məclisinin digər iki üzvü- Səxi Məşvani və Fatimə Nəzəri Kabil-Vaşinqton təhlükəsizlik müqaviləsinin ləğv olunmasını istəyərək, vurğulayıblar ki, Amerika Əfqanıstandan regiondakı maraqları üçün istifadə edir.

Bədəxşan vilayətinin nümayəndəsi Zəlmay Mocəddədi isə deyib: Amerika dəfələrlə bildiribdir ki, taliblərlə vuruşmur, zira taliblər Əfqanıstanın daxili problemidir. Bu, Amerikanın Talibana dəstək verməsi deməkdir.

ABŞ-ın bu Əfqanıstandakı hərbi iştirakına qarşı etirazlar elə bir haldadır ki, Amerikanın müdafiə naziri Ceyms Mattis dünən Əfqanıstanın paytaxtı Kabilə daxil olub.

Əfqanıstanda təqribən on min amerikalı hərbçi var və onların sayının artırılması qərara alınıbdır.

ABŞ-ın Əfqanıstana qarşı "terrorçuluqla mübarizə" bəhanəli 2001-ci il basqınından bəri on minlərlə əfqan mülki öldürülüb və bu ölkənin əksər infrastrukturları da məhv edilibdir.

Teqlər