Mosulun Əlhizr məntəqəsinin azad edilməsi əməliyyatı başlanıb
İraqın xalq könüllüləri Mosulun cənub-qərbində Əlhizr məntəqəsinin azad edilməsi əməliyyatına başlayıblar.
Livanın Əlməyadin telekanalının məlumatına görə, İraqın xalq könüllüləri bu gün bir bəyanat yayaraq bildiriblər ki, Əlhizr məntəqəsinin azad edilməsi əməliyyatının başlanması ilə bu qüvvələrin 26-cı diviziyası Əlhizr məntəqəsinin şimalında yerləşən Xənifəs kəndini İŞİD-in işğalından çıxara bilibdir.
İraqın xalq könüllülərinin bəyanatında deyilir ki, Əlhizr məntəqəsinin şimalında yerləşən Əlvani kəndinə qarşı hücum da başlanıbdır və xalq səfərbər qüvvələrinin Əlhizr məntəqəsinə doğru irəliləmələrilə İŞİD terrorçuları şəhərin mərkəzinə tərəf qaçmaqdadırlar.
Mosulun cənub-qərbində yerləşən Əlhizr məntəqəsinin və onun ətrafındakı məntəqələrin İraqın xalq səfərbər qüvvələri tərəfindən azad edilməsi əməliyyatının başlanması ilə bu şəhərin cənubunda yerləşən "Əyn Sədid" və "Caj Əlxil" kəndləri də İŞİD-in işğalından azad edilibdir.
Belə bir halda, İraq ordusunun müştərək əməliyyat komandanı Mosulun qərb hissəsinin yetmiş faizinin İŞİD-in işğalından azad edilməsindən xəbər verib.
Mosulun qərb hissəsinin İŞİD-in işğalından azad edilməsi əməliyyatı 2017-ci il fevralın 19-da başlanıb.