Fələstinli əsirlərə dəstək çağırışı
Fələstinin Tehrandakı səfiri islam dünyasının birliyinin Fələstinə yardım amili olduğunu bildirərək müsəlman ölkələrdən fələstinli əsirləri himayə üçün əsirlər gününü milli gün elan etmələrini istəyib.
1971-ci il aprelin 17 apreldə sionist rejim zindanından ilk fələstinli əsir azad edildi və sonra fələstinli əsirlərlə həmrəylik məqsədi ilə həmin gün əsirlər günü adlandırıldı.
İRNA-nın verdiyi məlumata görə, Fələstinin Tehrandakı səfiri Səlah Əzzəvavi bu gün bir mətbuat konfransında etdiyi çıxışında sionist rejim məhbəslərində olan fələstinli məhbuslardan 1500 nəfərinin aclıq aksiyasına qatıldığını xatırladaraq deyib: Müsəlman ölkələr bütün məktəblərdə, medialarda və müxtəlif qurumlarda fələstinli əsirlər və fələstin mövzusuna yer ayırmalıdırlar.
Əzzəvavi deyib: Qərb müxtəlif yəhudi qrupların Fələstin torpaqlarına köçürülməsinin amili idi, onlar qəribə bir mövcud yaradaraq islam dünyasını Asiya və Afrikada biri-birindən ayırmaq istəyirdilər.
Səfir sionist rejimin Fələstin torpaqlarını tamamiylə işğal etmək üçün apardığı müharibələrə toxunaraq deyib: Sionist rejim Nildən Fərata qədər böyük İsrail yaratmaq xülyasındadır və bu məqsəd beynəlxalq sionizm və Amerikanın dəstəyi ilə izlənilir.
Fələstinin Tehrandakı səfiri Amerika və qərb ölkələrinin əsas məqsədinin islam dünyasına zərbə vurmaq olduğunu bildirərək deyib: Amerikanın İraq və Əfqanıstana hücumu, terrorçuları müxtəlif növlü silahlara təchiz etməsi və İran İslam Respublikasına qarşı çıxması İslam dünyasının vəhdətini sarsıtmaq məqsədini güdür.