Apr 28, 2017 09:00 Asia/Baku
  • Türkiyə Suriyanın şimalındakı su təsisatlarına artilleriya hücumu edib

Türkiyənin artilleriya hücumunun ardınca Suriyanın şimal-şərqindəki "Rəsuləyn" şəhərinin içməli suyu kəsilibdir.

IRNA-nın məlumatına görə, suriyalı medialar dünən gecə bildiriblər ki, Türkiyə ordusunun cümə axşamı günü Suriyada kürd sakinli Əlhəsəkə vilayətində yerləşən "Rəsuləyn" şəhərinin içməli su stansiyasına qarşı artilleriya hücumlarından sonra bu şəhərin içməli suyu kəsilibdir. Bəzi medialar da yardım avtomobilləri və təcili yardım maşınlarının bu məntəqəyə tərəf hərəkətindən xəbər veriblər. Türkiyə ordusu çərşənbə axşamı günü də bir neçə qırıcı ilə Suriya ərazisinə hücum etdi ki, bu hücum tələfat və maddi xəsarətlər törətdi.

Teqlər