İraqın Səlahəddin vilayətindəki bir məntəqə azad edilib
İraqlı qüvvələr Səlahəddin vilayətində onlarla terrorçunu öldürüb, onların bəzi təchizatlarını məhv etdikdən sonra "Mətibicə" məntəqəsini terrorçuların işğalından azad ediblər.
Məlumatlara görə, Dəclə əməliyyat komandanı Məzhər Ələzavi deyib ki, bu əməliyyatda 80-dən çox İŞİD terrorçusu öldürülüb və onların arasında bu terror qrupunun bəzi başçıları də nəzərə çarpır.
"Mətibicə" məntəqəsi Samirranın şərqində, Diyalə və Səlahəddin vilayətləri arasında yerləşir. Ələzavinin sözlərinə görə, "Mətibicə" məntəqəsi hazırda İŞİD terrorçularından təmizlənibdir. "Mətibicə" məntəqəsi və onun ətrafındakı kəndlərin azad edilməsi əməliyyatı iki gün bundan öncə dörd istiqamətdən başlanıbdır.
İŞİD öz hücumlarının bir çoxunu "Mətibicə" məntəqəsindən həyata keçirirdi.