Apr 29, 2017 09:52 Asia/Baku
  • Bəhreyndə növbəti ruhani həbs edilib
    Bəhreyndə növbəti ruhani həbs edilib

Ali-Xəlifə rejimi Bəhreyn xalqına qarşı repressiyalarının ardınca ölkənin şimalında başqa bir ruhanini həyat yoldaşı ilə bərabər həbs edib.

PressTv-nin verdiyi məlumata görə, Ali-Xəlifə rejiminin hərbçiləri dünən ölkənin şimalında yerləşən Kərbabad kəndində ruhani Əbdüzzəhra Əl-Kərbabadinin evinə soxularaq onu və həyat yoldaşını həbs ediblər, sonra Kəranə kəndinə də hücum edərək həmin ruhaninin bacısını da həbs ediblər. 

Bəhreyn rejimi ötən il  paytaxt Manamanın qərbində Əddiraz kəndində 6 şiə ruhanini hökumətə qarşı etiraz aksiyalarına çağırdıqlarına görə həbs edib.

saxlanılan ruhanilər çoxlu sayda əhali ilə birlikdə Ali-Xəlifə rejiminin Şeyx İsa Qasimin vətəndaşlığını ləğv etməsinə qarşı olunun evi önündə oturaq aksiya keçirirdilər. 

Teqlər