Bəhreyndə qadınların həbs edilməsinə etiraz olaraq aksiya keçirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i267568-bəhreyndə_qadınların_həbs_edilməsinə_etiraz_olaraq_aksiya_keçirilib
Bəhreyn xalqı qadınların həbs edilməsinə etiraz və həbsdə olan ruhanilər ilə öz həmrəyliyini elan etmək üçün aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 30, 2017 07:57 Asia/Baku
  • Bəhreyndə qadınların həbs edilməsinə etiraz olaraq aksiya keçirilib
    Bəhreyndə qadınların həbs edilməsinə etiraz olaraq aksiya keçirilib

Bəhreyn xalqı qadınların həbs edilməsinə etiraz və həbsdə olan ruhanilər ilə öz həmrəyliyini elan etmək üçün aksiya keçirib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Şəhrəkan, Ali və Nəvidrat məntəqələri sakinləri aksiya təşkil edərək, qadınların qondarma ittihamlar ilə həbs edilməsinə etiraz ediblər. 

Kərbabad qəsəbəsində də əhali həbsdə olan bəhreynli ruhani şeyx Əbdülzəhra Kərbabadiyə dəstək vermək məqsədi ilə aksiya təşkil ediblər. 

Bəhreynin təhlükəsizlik qüvvələri ötən cümə günü şeyx Əbdülzəhra Kərbabadinin mənzilinə hücum edərək, onu və həyat yoldaşını həbs ediblər. Daha sonra Kəranə kəndinə hücum edən təhlükəsizlik qüvvələri bu bəhreynli ruhaninin bacısını da həbs ediblər. 

Bu arada tanınmış ruhani Şeyx İsa Qasımın mənzili önündə aksiya keçirən bəhreynlilər onun vətəndaşlığının ləğv edilməsi üzrə məhkəmə qərarının ləğv edilməsini istəyib, bütün siyasi məhbuslara azadlıq tələb ediblər.