ABŞ-ın İŞİD-ə növbəti dəstək planına qarşı xəbərdarlıq
https://azeri.sahartv.ir/news/qərbi_asia-i267718-abŞ_ın_İŞİd_ə_növbəti_dəstək_planına_qarşı_xəbərdarlıq
İraqın xalq səfərbər qüvvələrinin komandanlarından olan Cavad Əttəlibavi Amerikanın İŞİD-in yenidən Əl-Ənbar vilayətini nəzarətə almasına dair planı barədə xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 02, 2017 05:55 Asia/Baku
  • ABŞ-ın İŞİD-ə növbəti dəstək planına qarşı xəbərdarlıq
    ABŞ-ın İŞİD-ə növbəti dəstək planına qarşı xəbərdarlıq

İraqın xalq səfərbər qüvvələrinin komandanlarından olan Cavad Əttəlibavi Amerikanın İŞİD-in yenidən Əl-Ənbar vilayətini nəzarətə almasına dair planı barədə xəbərdarlıq edib.

Əssuməriyyə telekanalının verdiyi məlumata görə, Həşədüşşəbinin komandanlarından olan Cavad Əttəlibavi ABŞ-ın dəstəyi ilə 3 mindən çox İŞİD terrorçusunun Əl-Ənbar səhrasında fəaliyyət göstərməsinə toxunaraq deyib: Amerikan qüvvələrin Əl-Ənbarın azad edilməsi əməliyyatında müdaxiləsinin ardınca bu vilayət tam şəkildə azad edilmədi və bəzi terrorçu qruplar öz fəaliyyətlərini yenidən başlayıblar.

Əttəlibavi azad edilmiş bölgələrin təhlükəsizlik qüvvələrinin nəzarətinə verilməsinin vacibliyini vurğulayaraq deyib: Amerikanın bu hərəkəti onun öz uğursuz planlarındakı nakamlığını ödəmək və İŞİD terrorçularını yenidən azad edilmiş bölgələrə qaytarmaq cəhdləridir. 

Əl-Ənbar vilayətinin qalan hissələrinin də İŞİD-in işğalından azad edilməsi əməliyyatı ilə eyni zamanda iraqlı qüvvələr Neynəva vilayətinin mərkəzi Mosul şəhərinin qalan hissələrini İŞİD terrorçularından aza etməklə məşğuldur. 

İŞİD terrorçu qrupu 2014-cü ildə Amerika və onun qərb və ərəb müttəfiqlərinin o cümlədən Səudiyyə Ərəbistanının maliyyə və hərbi dəstəyi ilə İraqa qarşı hücum edərək bu ölkənin şimal və qərbində geniş əraziləri işğal etdi və dəhşətli cinayətlər törətdi. 

O vaxtdan indiyədək iraqlı qüvvələr işğal olunmuş bölgələrin böyük hissəsini azad ediblər.