Bəhreyn alimləri Şeyx İsa Qasımı himayə ediblər
May 03, 2017 20:56 Asia/Baku
-
Bəhreyn alimləri Şeyx İsa Qasımı himayə ediblər
Bəhreyn alimləri tanınmış ruhani Şeyx İsa Qasımın məhkəmə tarixinin yaxınlaşması ilə bir bəyanat yayaraq, Şeyx İsa Qasıma qarşı istənilən məhkəmə qərarı ilə müxalifət etməyi vacib adlandırıblar.
Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Manamanın Səsi internet portalı yazır: Şeyx İsa Qasımın məhkəmə iclası ərəfəsində yayımlanan bu bəyanatda bəhreynli alimlər Bəhreynin mübariz ruhanisi Şeyx İsa Qasımın mühakimə edilməsini dinin əsaslarının hədəfə alınması adlandırıblar.
Bəhreynli alimlər həmçinin bildiriblər ki, məhkəmə tərəfindən Şeyx İsa Qasım barədə çıxarılacaq qərar heç bir etibara malik olmayacaq.