Astanada İran, Rusiya və Türkiyə heyətlərinin məşvərəti
-
Astanada İran, Rusiya və Türkiyə heyətlərinin məşvərəti
BMT, İran, Rusiya və Türkiyə heyətlərinin sədrləri Qazaxıstanın paytaxtı Astanada keçirilən Suriya barədəki 4-cü beynəlxalq iclasın birinci gününün sonunda müzakirələr prosesi və Suriyanın durumu haqda müzakirə aparıblar.
IRNA-nın məlumatına görə, dünən gecə Qazaxıstanın xarici işlər naziri Qeyrət Əbdürrəhmanovun verdiyi işgüzar şam ziyafətində keçirilmiş bu görüşdə İran İslam Respublikası və Türkiyə xarici işlər nazirlərinin müavinləri Hüseyn Caberi Ənsari və Sedat Onal, eləcə də Rusiya prezidentinin Suriya məsələləri üzrə nümayəndəsi Aleksandr Lavrentyev, həmçinin BMT baş katibinin Suriya məsələləri üzrə nümayəndəsi Stefan Di Mistura iştirak ediblər.
Bu işgüzar şam ziyafətində Astanada keçirilən Suriya barədəki 4-cü beynəlxalq iclasın birinci gününün bəhs və nəticələri, eləcə də danışıqların ikinci gününün proqramları nəzərdən keçirilibdir.
İran İslam Respublikası xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini Hüseyn Caberi Ənsari həmçinin Astana müzakirələrinin kənarında Stefan Di Mistura, Sedat Onal, Aleksandr Lavrentyev və Suriyanın BMT-dəki səfiri və daimi nümayəndəsi Bəşşar Cəfəri ilə ayrı-ayrılıqda görüşərək, onlarla bu ölkənin vəziyyəti barədə müzakirələr aparıbdır.
Astanada keçirilən 4-cü beynəlxalq Suriya sülh iclasında iştirak edən iranlı heyət çərşənbə axşamı günü bu şəhərə daxil olub.
Suriya sülh müzakirələri çərşənbə günü Astanada işə başlayıb və bu gün başa çatacaqdır.
İndiyədək bu qəbildən üç mərhələdə yüksək səviyyəli iclas Astanada, iki ekspert iclası da Tehran və Astanada keçirilibdir.
Bu iclas İran İslam Respublikasının təşəbbüsü, eləcə də Rusiya və Türkiyənin əməkdaşlıqları və Suriyada sülhün bərqərarı hədəfi ilə keçirilibdir.