May 04, 2017 18:57 Asia/Baku
  • Yəmən qüvvələri səudların mövqelərinə hücum ediblər
    Yəmən qüvvələri səudların mövqelərinə hücum ediblər

Yəmənin ordu və xalq qüvvələri Ərəbistanın hücumlarına cavabda bir daha səudların Ərəbistanın cənubundakı mövqelərini hədəfə alıblar.

Əlməsirə telekanalının məlumatına görə, Yəmən artilleriyası Nəcranda yerləşən Əlxəzra keçidi yaxınlığındakı Zurin bazasını hədəfə alıbdır ki, bu da bu bazada yanğın və bir qrup səud hərbçisinin ölməsi və yaralanması ilə nəticələnib.

Yəmən ordusu həmçinin səud qüvvələrinin Cizanın Əlməsfufə məntəqəsindəki toplaşma mərkəzinə hücum edibdir.

Teqlər