Əfqanıstanda 80-dən çox terrorist və talib məhv edilib
May 04, 2017 19:27 Asia/Baku
-
Əfqanıstanda 80-dən çox terrorist və talib məhv edilib
Əfqanıstanın ordu qüvvələrinin bu ölkənin müxtəlif məntəqələrində terrorçular və taliblərin mövqelərinə qarşı əməliyyatında 80-dən çox terrorist və talib məhv edilib.
IRIB-nin məlumatına görə, Əfqanıstanın müdafiə nazirliyi bu gün bir bəyanat yayaraq, bildirib ki, əfqan qüvvələr Nəngərhar, Kapisa, Pərvan, Pəktiya, Lugər, Xost, Qəndəhar, Ərzəqan, Zabol, Badğeys, Bəlx, Qonduz, Faryab, Sərpol, Təxxar, Bədəxşan, Kabil və Hilmənd vilayətlərində terrorçular və taliblərin mövqelərinə qarşı əməliyyatlarda 81 terrorçu və talib öldürüblər. Onlar digər 39 terrorçunu isə yaralayıblar.