Mosulun qərb bölməsinin şimal hissəsinin azad edilməsi əməliyyatı başlanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i268066-mosulun_qərb_bölməsinin_şimal_hissəsinin_azad_edilməsi_əməliyyatı_başlanıb
Neynəva əməliyyatının komandanı Mosul şəhərinin qərb bölməsinin şimal hissəsinin İŞİD-in işğalından azad edilməsi üzrə təhlükəsizlik əməliyyatının başlanmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 04, 2017 15:00 Asia/Baku
  • Mosulun qərb bölməsinin şimal hissəsinin azad edilməsi əməliyyatı başlanıb
    Mosulun qərb bölməsinin şimal hissəsinin azad edilməsi əməliyyatı başlanıb

Neynəva əməliyyatının komandanı Mosul şəhərinin qərb bölməsinin şimal hissəsinin İŞİD-in işğalından azad edilməsi üzrə təhlükəsizlik əməliyyatının başlanmasından xəbər verib.

İraqın Şəfəq saytının məlumatına görə, Neynəva əməliyyatının komandanı Əbdulamir Yarəllah bir bəyanatda bildirib ki, İraq ordusunun bölmələri bu gün Mosul şəhərinin qərb bölməsinin şimal hissəsinə qarşı hücuma başlayıblar.

Yüksək vəzifəli iraqlı bir rəsmi də deyib ki, dövlət qüvvələri xalq qüvvələrinin dəstəyilə bir aydan az bir müddətdə Mosulu tam şəkildə İŞİD-in işğalından azad edəcəklər.