May 06, 2017 11:38 Asia/Baku
  • Suriyanın şimalında 120 İŞİD-çi öldürülüb
    Suriyanın şimalında 120 İŞİD-çi öldürülüb

Suriya Kürdləri Demokratik Birlik partiyası qüvvələrinin Riqqə vilayətində keçirdiyi əməliyyatda 120-dən çox İŞİD terrorçusu öldürülüb.

Fars Xəbər Agentliyinin məlumatına görə, əksəriyyətini kürdlər təşkil edən Suriya Kürdləri Demokratik Birlik partiyası qüvvələrinin Riqqə vilayətinin əl-Təbəqə şəhərində İŞİD terror qruplaşmasına qarşı Fərat qəzəbi adlı əməliyyatında 52 İŞİD-çi, o cümlədən onun iki tanınmış başçısı öldürülüb. 

Suriya kürd qüvvələri Sahil əl-Xəşəb kəndində də İŞİD terrorçuları ilə toqquşaraq, bu kəndi azad edib, 76 terrorçunu məhv ediblər. 

Suriya kürd qüvvələrinin əl-Təbəqənin 4 kilometr şərqində əl-Səfsafə və İbadə kəndlərində İŞİD terrorçularına qarşı əməliyyatı davam edir. 

Başqa bir məlumata görə, Rusiya Ordusu Baş Qərargahının Baş Operativ İdarəsinin rəisi Sergey Rudskoy bildirib: Rusiya hərbçiləri Suriyada bir kamikadzeni saxlayıb və onun Şərqi Qutədə humanitar yardım karvanı kənarında özünü partlatmasına mane olublar. 

Kamikadzenin üzərində bir neçə ədəd əl qumbarası, 10 kiloqram partlayıcı maddə olub. Belə ki, keçidi keçərkən saxlanılıb və Suriya təhlükəsizlik məmurlarına təhvil verilib. 

 

Teqlər