Bəhreyn xalqının aksiyaları davam edir
-
Bəhreyn xalqının aksiyaları davam edir
Bəhreyn xalqından minlərlə nəfər dünən axşamçağı bu ölkənin əksər məntəqələrində, xüsusən tanınmış bəhreynli din xadimi Şeyx İsa Qasimin mənzili ətrafında aksiya keçirib.
IRIB-nin məlumatına görə, Bəhreyn xalqı Şeyx İsa Qasimi himayə istiqamətində keçirilən bu aksiyada vurğulayıbdır ki, öz hüquqlarının reallaşacağı zamanadək müqavimət göstərəcək və heç zaman təslim olmayacaqdır.
Ali-Xəlifə məhkəməsi qərar üzrə mayın yeddisində Şeyx İsa Qasim barədəki hökmünü oxumalıdır. Ali-Xəlifə hökuməti və onun qüvvələri Şeyx İsa Qasimin mühakimə gününün yaxınlaşması ilə bir neçə gün bundan öncədən hazır vəziyyətə gəliblər.
Sosial şəbəkələrin fəalları bundan öncə tanınmış bəhreynli din xadimi Şeyx İsa Qasimin mühakiməsi ərəfəsində geniş bir aksiyanın keçirilməsini istəmişdilər.
Ali-Xəlifə məhbəslərində saxlanılan Bəhreyn Əlvifaq cəmiyyətinin baş katibi Şeyx Əli Salman da bir müraciətdə bildiribdir ki, Şeyx İsa Qasimi hədəfə almaq, bəhreynli şiələri hədəfə almaq deməkdir.
Şeyx İsa Qasimin yaşayış məkanı olan Əldiraz məntəqəsi Ali-Xəlifə rejiminin onun vətəndaşlığının ləğv olunması və pulyuma ittihamı ilə mühakimə edilməsi üzrə hərəkətlərinin ardınca bir neçə ay bundan öncədən bəri xalqın etiraz və piket səhnəsinə çevrilibdir.
Bəhreyn 2011-ci ildən bəri bu ölkə xalqının Ali-Xəlifə rejiminə qarşı dinc etirazları səhnəsidir.