BMT Mosulda didərginlərin sayının artmasından nigarandır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i268580-bmt_mosulda_didərginlərin_sayının_artmasından_nigarandır
Birləşmiş Millətlər Təşkilatı İraqın Mosul şəhərində didərginlərin sayının artmasından nigaranlığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 09, 2017 05:26 Asia/Baku
  • BMT Mosulda didərginlərin sayının artmasından nigarandır
    BMT Mosulda didərginlərin sayının artmasından nigarandır

Birləşmiş Millətlər Təşkilatı İraqın Mosul şəhərində didərginlərin sayının artmasından nigaranlığını bildirib.

İRNA-nın verdiyi məlumata görə, BMT-nin baş katibinin sözçüsü Stefan De Jarik dünən deyib: Mosulun qərbində İŞİD-in nəzarətində olan ərazilərdə qalan əhalinin humanitar yardımlara ehtiyacı var. 

2014-cü ildə İraqın şimal və qərbində bəzi bölgələr terrorçu İŞİD qrupu tərəfindən işğal edildi. 

İraq ordusu və könüllü xalq qüvvələri yanvar ayında İŞİD-i Mosulun şərqindən tamamiylə qovdular. 

İraq ordusu hal-hazırda Mosulun qərb hissəsini öz nəzarətinə almaq üçün İŞİD terrorçuları ilə toqquşmadadır və Mosulun qərb hissəsinin yarısından çoxunu azad edib.