Bəhreyn xalqı məşhur ruhaniyə dəstək aksiyalarını davam etdirir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i268596-bəhreyn_xalqı_məşhur_ruhaniyə_dəstək_aksiyalarını_davam_etdirir
Bəhreyn xalqı bir neçə gecə dalbadal məşhur ruhani şeyx İsa Qasimə dəstək aksiyası keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 09, 2017 07:26 Asia/Baku
  • Bəhreyn xalqı məşhur ruhaniyə dəstək aksiyalarını davam etdirir
    Bəhreyn xalqı məşhur ruhaniyə dəstək aksiyalarını davam etdirir

Bəhreyn xalqı bir neçə gecə dalbadal məşhur ruhani şeyx İsa Qasimə dəstək aksiyası keçirib.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Bəhreyn xalqının şeyx İsa Qasimə dəstək aksiyalarının davamında dünən gecə Manamanın Ədderaz məntəqəsində, şeyx İsa Qasimin mənzilinin yerləşdiyi ərazidə etiraz nümayişləri keçirilib. 

Aksiyaçılar şeyx İsa Qasimlə həmrəylik şüarları səsləndirərək Ali-Xəlifə rejiminin bu ruhaniyə qarşı mühakimə cəhdlərini pisləyiblər. 

Bəhreynin cinayət məhkəməsi şeyx İsa Qasimin işi üzrə  bazar günü üçün nəzərdə tutulmuş iclasını 4-cü dəfə olaraq təxirə salıb. Növbəti məhkəmə iclası mayın 21 üçün nəzərdə tutulub.