May 09, 2017 19:06 Asia/Baku
  • Miqrantların boğulması tragediyası davam edir
    Miqrantların boğulması tragediyası davam edir

BMT qurumları Liviya sahillərində iki ədəd qayığın batması nəticəsində ən azı 11 miqrantın həlak olması 200 nəfərin də itkin düşməsindən xəbər veriblər.

BMT qurumları xilas olmuş şəxslərə istinadla bildiriblər ki, Aralıq dənizində baş verən ən son tragediyada iki qayığın batması 11 miqrantın həyatına son qoyub, 200 nəfərin də taleyi bəlli deyil. 

Beynəlxalq mühacirət təşkilatı və BMT-nin miqrantlar üzrə ali komisarlığı bildiriblər ki, cümə və şənbə günlərində Liviya sahillərinə yaxın beynəlxalq sularda 6 min miqrant ölümdən xilas edilib və İtaliyaya köçürülüb. Hələ ölənlər və itkin düşənlərin dəqiq statistikası mövcud deyil. 

RayNews-un verdiyi məlumata görə, dəniz yolu vasitəsi ilə İtaliyaya getmək istəyən Afrikalı miqrantlardan 16 nəfəri həlak olub. 

Aralıq dənizi vasitəsi ilə Avropaya getmək istəyən miqrantların giriş qapısı İtaliya hesab olunur. 2017-ci ilin əvvəlindən indiyədək Liviya sahillərinin yaxınlığında 660 miqrant boğularaq həlak olub. 

BMT-nin didərginlər üzrə ali komissarı Filipo Qrandi miqrantların canını xilas etməyin bütün Avropa ölkələrinin əsas prioritetini təşkil etməli olduğunu vurğulayaraq deyib: Aralıq dənizində 1150 miqrantın taleyi barədə məlumat yoxdur. 

Son aylarda miqrantların sayının artdığına görə, qayıq və gəmilərdə onlara qarşı zorakılıq halları da artıb. 

2011-ci ildən hərc-mərcliklərə məruz qalan Liviya Avropa ilə ən yaxın su sərhəddinə malik olduğuna görə, miqrantların Avropaya xüsusiylə də İtaliyaya getmələri üçün ən əsas su  yolu hesab olunur. 

Teqlər