Əfqanıstanda anaların ölüm halları artıb
May 09, 2017 20:10 Asia/Baku
-
Əfqanıstanda anaların ölüm halları artıb
Əfqanıstanın səhiyyə və müalicə naziri bu ölkədə hamilə qadınlar arasında illik ölüm hallarının 280 min təşkil etdiyini deyib.
İRİB-in verdiyi məlumata görə, əfğan nazir Firuzəddin Firuz Kabildə keçirilən mərasimdə etdiyi çıxışında deyib: Hər il Əfqanıstanda 280 min hamilə qadın səhiyyə xidmətlərindən istifadə imkanı olmadığından həyatını itirir.
Nazir Əfqanıstanda uşaqların da ölüm hallarının böyük olduğunu bildirərək deyib: Hər il bu ölkədə iki milyon 700 min körpə doğulduqdan bir ay sonrayadək həyatını itirir.