Ali-Xəlifə beynəlxalq səviyyəli nümayəndənin Bəhreynə daxil olmasını əngəlləyib
Human Rights Watch təşkilatının regional nümayəndəsi bildirib ki, Ali-Xəlifə rejiminin başçıları Beynəlxalq Futbol Federasiyası- FİFA-nın ümumi iclasında iştirak üçün onun Bəhreynə daxil olmasını əngəlləyiblər.
IRIB-nin məlumatına görə, Ömər Şakir Manama hava limanında 18 saat qaldıqdan sonra ona hava limanından çıxmaq icazəsi verilmədi və o, Bəhreyn ərazisini tərk etməyə məcbur oldu.
Human Rights Watch təşkilatının bu regional nümayəndəsi söyləyib ki, FİFA-nın ümumi iclasında iştirakda məqsədi, Beynəlxalq Futbol Federasiyasının başçılarından Fələstin ərazilərində inşa edilmiş sionist qəsəbələrdə futbol yarışlarının keçirilməsinin qarşısının alınmasını istəmək olubdur.
Ali-Xəlifə rejimi regionda sionist rejimin əsas himayədarlarından biridir. Medialar dəfələrlə sionist rejimin xəfiyyə başçıları, həmçinin tacirlərinin Bəhreyndə iştirak etmələri barədə məlumatlar veriblər.
2011-ci ildə Bəhreyn xalqının inqilabının başlanmasından sonra Ali-Xəlifə rejiminin başçıları jurnalistlərə və insan haqları fəallarına Bəhreyn ərazisinə girmək icazəsi vermirlər.
Bəhreyn xalqı ölkəsində azadlıq, ədalətin bərqərarı, ayrı-seçkiliyin aradan qaldırılması və seçilmiş bir hökumətin hakimiyyətə gəlməsini istəyir. Ali-Xəlifə rejimi isə səud muzdurlarının köməyilə onlara divan tutur.