May 11, 2017 10:03 Asia/Baku
  • Ərəbistan 17 ölkənin başçısını Ərriyadda Trampla görüşə dəvət edib

Regionda Amerikanın əsas müttəfiqi olan Ərəbistanın kralı çərşənbə günü, bu yaxınlarda Ərəbistana səfəri gözlənilən Amerika prezidentilə görüşmələri üçün on yeddi ölkənin başçılarına məktub göndərib və onları bu görüşdə iştiraka dəvət edib.

IRNA-nın məlumatına görə, Ərəbistanın xarici işlər naziri öz şəxsi twitter səhifəsində bu xəbəri verərək, əlavə edib: Ərəbistan kralı kral Salman o cümlədən Birləşmiş Ərəb Əmirliklərinin hökmdarı Xəlifə bin Zaid Ali Nəhyan, Bəhreyn kralı Həməd bin İsa Ali-Xəlifə, Qətər əmiri Təmim bin Həməd bin Xəlifə Ali-Sani, Küveyt əmiri Səbah Əhmədə Cabir Əssəbah və Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanı üzdəniraq ərəb-islami ölkələrin başçılarının Amerika ilə iclasında iştiraka dəvət edib.

Bundan önvə Ərəbistanın xarici işlər naziri Adil Əlcubəyr demişdi ki, ABŞ prezidenti Donald Tramp Ərriyada daxil olduqdan sonra Ərəbistan kralı və Fars Körfəzi ətrafındakı ərəb ölkələrinin başçıları ilə görüşəcəkdir.

Ağ Evin bildirdiyinə görə, Amerika prezidenti özünün ilk xarici səfərində cari milad ayının sonlarında Ərəbistan rejimi və sionist rejimin başçıları ilə görüşə gedəcəkdir.

Bu iki rejim Amerikanın Yaxın Şərq regionundakı əsas müttəfiqlərindən sayılır.

Ərəbistan rejimi və sionist rejimin başçıları daim Donald Trampı həmin iki rejimin güclü himayədarı adlandırıblar.

Donald Trampın Ağ Evə daxil olması ilə səud rejimi və sionist rejim başçılarının fələstinlilərə və regiondakı digər məzlum müsəlman xalqlara, o sıradan Bəhreyn, Yəmən və Suriya xalqlarına qarşı hücumlar keçirmək üzrə həyasızlıqları ikiqat artıbdır.

Teqlər