Fələstinli əsirlərə dəstək
Afrika, Asiya və Latın Amerikası Yazıçılar Birliyinin baş direktoru sionist rejim məhbəslərində aclıq keçirən fələstinli əsirlərlə həmrəyliyi və onları himayəsini elan edibdir.
Fələstinli Məa xəbər agentliyinin məlumatına görə, Afrika, Asiya və Latın Amerikası Yazıçılar Birliyinin baş direktoru Muhəmməd Səlmavi dünən bir bəyanatda bildirib ki, Fələstin xalqının məhbəslərdəki intifazəsi azadlıq və təhlükəsizliyə çatma yolunun davamıdır.
Muhəmməd Səlmavi insan haqları təşkilatlarından istəyibdir ki, sionist rejimin bu rejimin məhbəslərindəki fələstinli əsirlərlə rəftar metodlarını pisləyərək, sionist rejimin təcavüzkar hərəkətlərilə mübarizədə fələstinlilərin müqaviməti, səbri və azadlığını müdafiə etsinlər.
Afrika, Asiya və Latın Amerikası Yazıçılar Birliyinin baş direktoru əlavə edib: Bütün Fələstin boyu və ondan kənarda xalq aksiyaları fələstinli əsirlərin qələbəsi nişanəsidir.
Muhəmməd Səlmavi həmçinin dünya xalqlarından istəyibdir ki, sionist rejimin vəhşicəsinə hərəkətləri və işğalçılığını ifşa edərək, işgəncə, xəstəlik və ölümə məruz qalan qəhrəman fələstinli məhbusları müdafiə etsinlər.
Sionist rejimin məhbəslərində saxlanılan fələstinli əsirlər 24 gündür ki, özlərinin qeyri-məhdud aclıq aksiyalarını azadlıq və ləyaqət adı altında keçirirlər.
Bu aksiya sionist rejimin məhbəslərindəki qeyri-münasib vəziyyətə etiraz olaraq və öz tələblərinə nail olmaq, o sıradan zindanların sanitariya və məhbusların sağlamlıq durumuna baxılması, fərdi kameraların ləğv edilməsi, ailələrlə görüş və idarə həbslərinin ləğv olunması məqsədilə keçirilibdir.