Həsəkədə anti-Amerika aksiyası
https://azeri.sahartv.ir/news/qərbi_asia-i269068-həsəkədə_anti_amerika_aksiyası
Suriyanın şimal-şərqində yerləşən Həsəkə şəhərinin bir qrup sakini ABŞ və Türkiyənin Suriyaya qarşı təcavüzünə qarşı aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 13, 2017 12:10 Asia/Baku
  • Həsəkədə anti-Amerika aksiyası

Suriyanın şimal-şərqində yerləşən Həsəkə şəhərinin bir qrup sakini ABŞ və Türkiyənin Suriyaya qarşı təcavüzünə qarşı aksiya keçirib.

Əlaləm telekanalının məlumatına görə, Suriya kommunist partiyasının məsul şəxslərindən olan Fuzi Dərviş Suriya xalqının amerikan qüvvələrin Suriyaya müdaxiləsilə müxalifətdə keçirdiyi aksiyaya toxunaraq, deyib ki, Suriya hökumətinin icazəsi olmadan amerikan hərbi bazalarının yaradılması qəbuledilməzdir. Dərviş ABŞ-ı dünyada terrorizmin himayədarı adlandırıb və deyib ki, bu ölkənin dünya xalqlarına qarşı hərəkətləri mütəşəkkil terrorçuluqdan xəbər verir.

O, həmçinin Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın hökumətini də NATO-nun amillərindən biri adlandırıb və bildirib ki, Ankara bu məntəqədə NATO-nun müavinidir.