Bəhreyndə siyasi məhbuslara dəstək davam edir
-
Bəhreyndə siyasi məhbuslara dəstək davam edir
Bəhreyn vətəndaşları bir daha bu ölkədə siyasi məhbuslarla həmrəylik məqsədilə aksiya keçiriblər.
Fars Xəbər Agentliyinin məlumatına görə, Bəhreynin Kərbaba, Əbu Səbi və əl-Şaxurə bölgələrinin sakinləri şənbə gecə məhbusları dəstəkləmək və inqilabçı hərəkətlərə sadiq qalmaq, həmçinin nüfuzlu ruhani Şeyx İsa Qasimə dəstək istiqamətində küçələrə axışıblar.
Məlumatlara görə, Bəhreynin təhlükəsizlik məmurları Sətrə bölgəsində etirazçılara hücum edib və onlara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Şeyx İsa Qasimin yaşadığı Əd-Duraz bölgəsində də vətəndaşlar onun mənzili önündə aksiya keçiriblər. Halbuki Bəhreyn məhkəməsi 21 mayda Şeyx İsa Qasimi çirkli pulların yuyulması ilə bağlı ittihamını gözdən keçirəcək.
Bəhreyn məhkəməsi bundan öncə 7 mayda bu qərarı gözdən keçirməli idi. Lakin ümumi fikir və Bəhreyn alimlərinin təziyiqinə görə bu hökmün icrasını təxirə salıb.