Yəmənin səhiyyə sisteminin vəba epidemiyası ilə mübarizə gücü yoxdur
https://azeri.sahartv.ir/news/qərbi_asia-i269274-yəmənin_səhiyyə_sisteminin_vəba_epidemiyası_ilə_mübarizə_gücü_yoxdur
Yəmənin səhiyyə naziri bu ölkənin səhiyyə sisteminin vəba epidemiyasının yayılması ilə mübarizə gücünün olmadığını bildirərək mühasirənin aradan qaldırılması və dərman preparatlarının Yəmənə daxil olması istiqamətində Səna aeroportunun açılması üçün BMT-nin təzyiq göstərməsini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 15, 2017 07:43 Asia/Baku
  • Yəmənin səhiyyə sisteminin vəba epidemiyası ilə mübarizə gücü yoxdur
    Yəmənin səhiyyə sisteminin vəba epidemiyası ilə mübarizə gücü yoxdur

Yəmənin səhiyyə naziri bu ölkənin səhiyyə sisteminin vəba epidemiyasının yayılması ilə mübarizə gücünün olmadığını bildirərək mühasirənin aradan qaldırılması və dərman preparatlarının Yəmənə daxil olması istiqamətində Səna aeroportunun açılması üçün BMT-nin təzyiq göstərməsini istəyib.

İRNA-nın məlumatına görə, Məhəmməd Bin Həfiz vəba xəstəliyində şübhəli bilinən yəmənlilərin sayını 8 min 595 nəfər elan edib və bu xəstəliklə mübarizə üçün beynəlxalq təşkilatların bu ölkəyə kömək etməsini istəyib. 

Səudiyyə Ərəbistanı ABŞ və qərbli və ərəb müttəfiqlərinin dəstəyi ilə və BMT-nin sükutu sayəsində 2015-ci il mart ayından Yəmənə hərbi təcavüz edib və istefa vermiş prezident Əbdrəbbə Mənsur Hadini iqtidara qaytarmaq bəhanəsi ilə bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıb. 

Bu hərbi təcavüzün indiyə qədər 11 min yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması, milyonlarla yəmənlinin didərgin düşməsi və bu ölkə infrastrukturlarının məhv olmasından başqa nəticəsi olmamışdır. 

Səudiyyə Ərəbistanının hərbi təcavüzü həmçinin yoxsul Yəməni ərzaq və dərman çatışmazlığı ilə üzləşdirib. Bu da vəba kimi çoxlu xəstəliklərin yayılmasına gətirib çıxarıb.