Qəzzə konfransında əsirlərə dəstək vurğulanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i269280-qəzzə_konfransında_əsirlərə_dəstək_vurğulanıb
Qəzzədə 11-ci Fələstinlilərin Milli Dəyər və Amallarının Qorunması Konfransında ərəb və fələstinli rəhbərlər fələstinli əsirlərə dəstək və Fələstinin milli prinsiplərinə sadiq qalmağı vurğulayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 15, 2017 08:35 Asia/Baku
  • Qəzzə konfransında əsirlərə dəstək vurğulanıb
    Qəzzə konfransında əsirlərə dəstək vurğulanıb

Qəzzədə 11-ci Fələstinlilərin Milli Dəyər və Amallarının Qorunması Konfransında ərəb və fələstinli rəhbərlər fələstinli əsirlərə dəstək və Fələstinin milli prinsiplərinə sadiq qalmağı vurğulayıblar.

Fələstinlilərin Milli Dəyər və Amallarının Qorunması Konfransının iştirakçıları fələstinlilərin öz ərazilərinə qayıtmaq haqqını vurğulayıblar: Keçmişdəkilərin irsi olan bu haqda səhlənkarlıq qəbul ediləsi deyil. 

Qəzzə konfransının iştirakçıları fələstinli əsirlər, xüsusilə də sionist rejim həbsxanalarında aclıq aksiyası keçirən əsirlərin savaşını Fələstində böyük savaş adlandırıblar: Sionist rejimin zalım hərəkətlərinə rəğmən bu qəhrəmanlıq hərəkətini dəstəkləmək zəruridir. 

Fələstinli əsirlər 17 apreldən Fələstinli Əsirlər Günü ilə yanaşı sionist rejimin irqçilik davranışları və siyasətlərinə etiraz əlaməti olaraq Azadlıq və Kəramət şüarı ilə aclıq aksiyasına başlayıblar.