May 16, 2017 16:27 Asia/Baku
  • Sionist rejim Mazəni terror üçün plan hazırlayıbmış
    Sionist rejim Mazəni terror üçün plan hazırlayıbmış

Qəzzədə təhlükəsizlik agentlikləri üzrə baş direktor deyib: İzzəddin Qəssam batalionlarının üzvü olan Mazən Füqəhanın terroru planı 8 ay öncədən hazırlanıbmış.

HƏMAS-ın İzzəddin Qəssam batalionlarının üzvü Mazən Füqəha sionist rejimin həbsxanasından azad edildikdən sonra martın 24-də Qəzzənin qərbində öz mənzilinin qarşısında sionist rejim casusları tərəfindən güllələnərək şəhid edildi. 

Fələstin Əl-Yəum internet portalının verdiyi məlumata görə, Qəzzədə təhlükəsizlik agentlikləri üzrə baş direktor Tofiq Əbu Nəim bu gün mətbuata verdiyi açıqlamada deyib: Terrorçular bir başa MOSSAD-dan əmr alıblar. 

Əbu Nəim deyib: Bu cinayət işi ilə əlaqədar indiyədək 45 şübhəli şəxs saxlanılıb və Qəzzənin təhlükəsizlik agentliklərinin araşdırmaları nəticəsində MOSSAD və sionis rejimin digər casusluq təşkilatları böyük zərbə alıblar. 

Teqlər