Ərəbistanın Yəmənə qarşı hücumları davam edir
May 17, 2017 06:20 Asia/Baku
-
Ərəbistanın Yəmənə qarşı hücumları davam edir
Ərəbistan qırıcıları Yəmənin Səədə vilayətinin qərbini raket hücumlarına məruz qoyublar. Nəticədə azı üç qadın ölüb, bir qrup insan da yaralanıbdır.
Yəmənli qüvvələr də bu hücumlara cavab olaraq, səud hərbçilərinin Ərəbistanın cənubunda yerləşən Nəcrandakı mövqelərini hədəfə alıblar.
Ərəbistanın Yəmənə qarşı hücumları 2015-ci ilin martında başlanıb. Səudların bu hücumlara başlamalarına bəzi ərəb və Qərb ölkələri dəstək veriblər. Bu hücumlar nəticəsində indiyədək on minlərlə insan həlak olub və yaralanıbdır.
Teqlər