Fələstinli əsirlərin aclıq aksiyası davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i269504-fələstinli_əsirlərin_aclıq_aksiyası_davam_edir
Aclıq aksiyası keçirən fələstinli əsirlərin başçısı öz aksiyasının dairəsini genişləndirmək məqsədilə su içməkdən də imtina edibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 17, 2017 06:47 Asia/Baku
  • Fələstinli əsirlərin aclıq aksiyası davam edir
    Fələstinli əsirlərin aclıq aksiyası davam edir

Aclıq aksiyası keçirən fələstinli əsirlərin başçısı öz aksiyasının dairəsini genişləndirmək məqsədilə su içməkdən də imtina edibdir.

Fələstinli Əsirlərin İşləri üzrə Təşkilat dünən bildirib ki, aclıq aksiyası keçirən fələstinli əsirlərin başçısı Mərvan Əlbərğusinin su içməkdən imtina etmək üzrə hərəkəti fələstinli əsirlərin aclıq aksiyası hərəkatının yeni fəsli sayılır.

Belə bir halda, fələstinli Fəth təşkilatı bir bəyanatda Fələstin xalqının bütün təbəqələrindən istəyibdir ki, fələstinli əsirlərin "azadlıq və ləyaqət!" şüarlı aksiyasını himayə istiqamətində gələn bazar günü aksiya keçirsinlər.

Fələstinli əsirlər "fələstinli əsir" günü olan aprelin 17-dən "azadlıq və ləyaqət!" şüarlı aksiyaya başlayıblar. Aksiyada məqsəd, sionist rejimin rasist siyasət və rəftarlarına etirazdır.