Səud rejiminin şiələrə qarşı hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i269544-səud_rejiminin_şiələrə_qarşı_hücumları_davam_edir
Səud rejiminin hərbçiləri Ərəbistanın şərqində yerləşən şiə sakinli Ələvamiyyə məntəqəsində vətəndaşların mənzillərinə basqın edərək, azı 4 nəfəri öldürüblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 17, 2017 14:47 Asia/Baku
  • Səud rejiminin şiələrə qarşı hücumları davam edir

Səud rejiminin hərbçiləri Ərəbistanın şərqində yerləşən şiə sakinli Ələvamiyyə məntəqəsində vətəndaşların mənzillərinə basqın edərək, azı 4 nəfəri öldürüblər.

Bu hücumlarda onlarla ev dağıdılıb. Səud rejiminin bir neçə tankı da Ələvamiyyə məntəqəsinə daxil olub. Ötən bir neçə gün ərzində Ələvamiyyə məntəqəsinin mühasirəyə alınmasının ardınca bu məntəqədə gediş-gəliş pozulubdur.

Ərəbistanın xəfiyyə qüvvələri ötən çərşənbə günü Ələvamiyyə məntəqəsinə qarşı hücumlarına başladılar.

Onlar Əlməsurə kəndində yerləşən "Əlsəyyid Muhəmməd" məscidini mərmi hədəfinə alaraq, onu tam şəkildə dağıdıblar. Bu hücumlarda bir qrup insan öldürülübdür.

Ərəbistan dövləti tarixi Əlməsurə kəndini bərpa etmək bəhanəsilə ötən fevraldan bəri bu məntəqənin sakinlərini öz evlərindən çıxarır.

Ərəbistanın şərqi, ədalətsizliklərə və sərvətin ədalətsiz şəkildə paylanmasına etiraz olaraq, 2011-ci ildən bəri Ali-Səud rejiminə qarşı kəskin etirazlar səhnəsi olubdur. Bu etirazlarda onlarla nəfər öldürülüb, bir qrup insan da yaralanıbdır.