May 17, 2017 23:18 Asia/Baku
  • BMT sionist rejimin beynəlxalq qanunlara sadiq qalmasını istəyib
    BMT sionist rejimin beynəlxalq qanunlara sadiq qalmasını istəyib

BMT-nin işğal olunmuş ərazilərdə insan haqları üzrə nümayəndəsi sionist rejimi həbs şəraiti barədə beynəlxalq qanun və standartlara sadiq qalmağa çağırıb.

Maykl Link dünən deyib: Mindən çox fələstinli əsir sionist rejim məhbəslərindəki pis şəraitə etiraz olaraq, bir aydan çoxdur aclıq aksiyası keçirir və təqribən 7 min fələstinli də bu rejimin məhbhəslərində saxlanılır ki, bu məsələ insan haqları üzrə beynəlxalq qanunlarla təzad təşkil edir.

Maykl Link həmçinin fərdi kameralarda saxlanılan, vəkil tutmaq icazəsinə malik olmayan və aclıq aksiyasında iştirak səbəbindən özlərinin bir çox hüquqlarından məhrum olan fələstinli əsirlərin vəziyyətinə etiraz edibdir.

Bu BMT nümayəndəsi sionist rejim məhbəslərində saxlanılan fələstinli əsirlərə səhiyyə xidmətlərinin göstərilməsi, idarə həbslərinə son qoyulması və onların öz ailələrilə görüşmələrinə şəraitin yaradılmasını vurğulayaraq, bildiribdir ki, bu əsirlər barəsində BMT-yə daxil olan xəbərlər nigaranedicidir.

Teqlər