Qəzzə zolağında su çatışmazlığı
Qəzzə su idarəsinin müdir müavini vurğulayıb ki, Qəzzə zolağında işığın uzun müddət kəsilməsi bu məntəqənin su təsisatlarının fəallaşdırılması üçün bir xətər sayılır.
Qəzzə su idarəsinin müdir müavini Mazən Əlbina dünən Qəzzə zolağındakı su böhranına toxunaraq, deyib ki, elektrikin kəsilməsi içməli suyun qiymətinin artması ilə nəticələnəcək, zira su təmizləmə təsisatları enerjiyə ehtiyaclıdırlar və belə bir durumda vətəndaşların əkin sahələri əkinçilik üçün nəzərdə tutulmuş xüsusi quyulardan su ilə təmin edilməkdə böyük çətinliklə üzləşəcəklər.
Mazən Əlbina sionistlərin yeralıt sulardan geniş surətdə istifadə etmələri səbəbindən su ehtiyatlarının azalması barədə xəbərdarlıq edib və deyib ki, hər il Qəzzə zolağındakı yeraltı su anbarlarında 200-220 milyon kubmetr su istehlak olunur.
Sionist qəsəbə sakinləri Qəzzə zolağının şərq sərhədlərində quyu qazaraq, bu mənbələrin sularını çıxarır və istehlak edirlər. Onlar çayların istiqamətini dəyişərək, Qəzzədəki su çatışmazlığı böhranını daha da kəskinləşdirirlər.