May 18, 2017 10:05 Asia/Baku
  • Mosul didərginlərinin sayı 600 min nəfəri ötüb keçibdir

İraqın mühacirət naziri bildirib ki, Mosulun İŞİD terror qrupunun işğalından azad edilməsi əməliyyatının başlanmasından bəri bu şəhərin didərginlərinin sayı 600 min nəfəri ötüb keçibdir.

Mosulun İŞİD terror qrupunun işğalından azad edilməsi əməliyyatı 2016-cı ilin oktyabrından başlanıb. Mosulun şərqi İŞİD-in işğalından azad edilib. Mosulun qərbinin İŞİD-in işğalından azad edilməsi əməliyyatı isə 2017-ci ilin fevralından başlanıbdır.

İraqın mühacirət naziri Muhəmməd Casim Əlcaf Əlhəds telekanalı ilə müsahibədə sonra qeyd edibdir ki, iraqlı qüvvələr hər gün Mosul didərginlərindən təqribən səkkiz min nəfəri qarşılayırlar.

Əlcaf vurğulayıb ki, İraqın silahlı və yardım qüvvələri düşərgələrdə iraqlı didərginlər üçün bütün imkanları yaradıblar.

İraqın mühacirət nazirliyi bundan öncə bildirmişdi ki, bu ölkənin ordu qüvvələrinin koordinasiyası ilə Mosulun qərbində ərzaq yardımlarının ailələr arasında paylanması başlanıbdır.

İŞİD-in Mosulda iştirakı və bu məntəqədəki cinayətləri milyonlarla İraq vətəndaşını öz ev-eşiyindən didərgin salıbdır.

Belə bir halda, iraqlı qüvvələr Neynəva vilayətində İŞİD terror qrupu ilə mübarizənin davamında Mosulun qərbindəki Əlrəfai məntəqəsini İŞİD-in işğalından çıxarıblar.

İŞİD terror qrupu 2014-cü ilin iyununda İraqın şimal və qərbindən bəzi hissələri işğal edərək, bu ölkədə əmin-amansızlığa bais olubdur.

Teqlər