Səud hərbçilərinin Ələvamiyyə-yə qarşı hücumunda bir ərəbistanlı öldürülüb
May 18, 2017 07:57 Asia/Baku
-
Səud hərbçilərinin Ələvamiyyə-yə qarşı hücumunda bir ərəbistanlı öldürülüb
Bir ərəbistanlı gənc Ali-Səud hərbçilərinin bu ölkənin şərqində yerləşən Ələvamiyyə məntəqəsinə qarşı hücumunda öldürülübdür.
Ali-Səud rejiminin şiə sakinli Ələvamiyyə məntəqəsi sakinlərinin mənzillərinə qarşı hücumlarının davamında ərəbistanlı gənc Vəhhab Fikri Məyuf səud hərbçilərinin atəşlərinə tuş gələrək, öldürülüb.
Səud hərbçilərinin mayın onundan bəri həyata keçirdikləri hücumlar zamanı bu ölkənin şərqində beş Ərəbistan vətəndaşı öldürülübdür.
Ərəbistanın şərqi, ədalətsizliklərə və sərvətin ədalətsiz şəkildə paylanmasına etiraz olaraq, 2011-ci ildən bəri Ali-Səud rejiminə qarşı kəskin etirazlar səhnəsi olubdur. Bu etirazlarda onlarla nəfər öldürülüb, bir qrup insan da yaralanıbdır.
Teqlər