Bağdad teror partlayışlarındakı tələfatın sayı artıb
-
Bağdad teror partlayışlarındakı tələfatın sayı artıb
İraqlı mənbələr dünən gecə Bağdadda törədilmiş terror partlayışlarında 13 nəfərin ölməsi və 15 nəfərin yaralanmasından xəbər veriblər.
İraqlı mənbələr bundan öncə Bağdad teror partlayışlarındakı tələfatın sayını 11 nəfər elan etmişdilər.
Terrorçular iki ardıcıl partlayışla dünən gecə Bağdadın cənubunu hədəfə alıblar. Yerli mənbələr partlayışların məkanını Bağdadın cənubundakı Əbudəşir məntəqəsi adlandırıblar.
İŞİD terror qrupu bu gün səhər tezdən bu partlayışların, həmçinin Bəsrədəki partlayışın məsuliyyətini üzərinə götürübdür.
Bir partlayış amili dünən özünün bomba qoyulmuş avtomobilini Bəsrənin neft yataqlarının yaxınlığındaki bir yoxlama-buraxılış mərkəzində partladıbdır ki, nəticədə iki hərbçi və bir qrup mülki həlak olubdur.
İŞİD terrorçuları xüsusən Neynəva vilayətində iraqlı qüvvələrə dalbadal məğlub olduqdan sonra bu ölkənin müxtəlif şəhərlərində mülkiləri qırğın etməyə başlayıblar.
İŞİD 2014-cü ildə ABŞ-ın və onun qərbli və ərəb müttəfiqlərinin maliyyə və hərbi dəstəklərilə İraqa hücum edərək, bu ölkənin şimal və qərb məntəqələrinin bir hissəsini işğal etdi və saysız-hesabsız cinayətlər törətdi.
Hazırda İŞİD terror qrupu təkcə Neynəva vilayətinin mərkəzi olan Mosulun qərb hissəsində fəaliyyət göstərir.