Əfqanıstan prezidenti Həsən Ruhanini təbrik edib
May 21, 2017 16:40 Asia/Baku
-
Əfqanıstan prezidenti Həsən Ruhanini təbrik edib
Əfqanıstan prezidenti İran İslam Respublikası prezidenti Həsən Ruhaniyə yazılı müraciətdə onu yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib.
İRNA-nın məlumatına görə, Məhəmməd Əşrəf Qəni Həsən Ruhaniyə yazılı müraciətdə ötən illərdə İran və Əfqanıstanın yaxın əməkdaşlığı, iki ölkənin daha da yaxınlaşması istiqamətində həyata keçirilən səylər, əməkdaşlıqların inkişafı və iki ölkənin müştərək nailiyyətləri üçün mövcud potensiallardan faydalanmağı qənaətbəxş adlandırıb və əməkdaşlıqların artırılmasını istəyib.
Əfqanıstan prezidenti həmçinin ötən gün İran İslam Respublikasının Kabildəki səfiri Məhəmməd Rza Bəhrami ilə telefon söhbətində Həsən Ruhanini qələbə münasibəti ilə təbrik edib.