İraq qüvvələri Mosulun qərbində təmizləmə əməliyyatı keçirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i270054-İraq_qüvvələri_mosulun_qərbində_təmizləmə_əməliyyatı_keçirib
İraqın müştərək qüvvələri Mosul şəhərinin qərbində bir neçə məhəlləni təmizləyiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 21, 2017 14:29 Asia/Baku
  • İraq qüvvələri Mosulun qərbində təmizləmə əməliyyatı keçirib
    İraq qüvvələri Mosulun qərbində təmizləmə əməliyyatı keçirib

İraqın müştərək qüvvələri Mosul şəhərinin qərbində bir neçə məhəlləni təmizləyiblər.

Əl-Aləm televiziyasının məlumatına görə, İraq qüvvələri Mosulun qərbində bir neçə məhəlləni təmizləyib və İŞİD terrorçularının mühasirə halqasını daha da daraldıblar.

İraqın Müştərək Əməliyyat Komandanlığı bildirib: Federal Polis və Çevik Reaksiya Qüvvələri Mosulun qərbində 17 iyul məhəlləsinin cənub hissəsini İŞİD-in işğalından azad ediblər. İraq qüvvələri həmçinin bu məhəllədə bomba quraşdırılmış bir neçə avtomobili zərərsizləşdiriblər.

Bu arada İraqın Hərbi Hava Qüvvələri Mosulun qərbində bir məhəlləyə etdiyi hücumda çoxlu sayda İŞİD terrorçusu, o cümlədən bu qruplaşmanın başçılarından birini öldürüblər.

İraqın Federal Polis rəisi Raid Şakir Cövdət də deyib: Polis qüvvələri Mosulun qərbində azad olunmuş bölgələrdən onlarla ailəni çıxarıb və didərginlərin xüsusi düşərgələrinə nəql ediblər.

İraqın Müştərək Əməliyyat Komandanlığının sözçüsü Yəhya Rəsul da İŞİD-in ehtimal olunan kimyəvi hücumlarının qarşısını almaq üçün İraq qüvvələrinin hazır olduğunu bildirib: İŞİD Mosulda təşkilatçılığını itirib.