Sionist rejim ABŞ və Ərəbistanın silah anlaşmasına reaksiya verib
-
Sionist rejim ABŞ və Ərəbistanın silah anlaşmasına reaksiya verib
Sionist rejim ABŞ və Səudiyyə Ərəbistanı arasında imzalanan 110 milyard dollarlıq silah anlaşmasına reaksiya verib.
Associated Pressin məlumatına görə, İsrail rejiminin enerji naziri Yuval Ştaynits ABŞ və Ərəbistan arasında Ər-Riyadda imzalanan silah anlaşmasına reaksiya verib: İsrail rəsmiləri ABŞ prezidenti Donald Trampın İsrailə səfərində bu anlaşma barədə ondan izahat istəməlidirlər.
Ştaynits iddia edib ki, ərəb ölkələrinin ABŞ-la əlaqələrinin səmimiləşməsi ilə yanaşı İsrail regionda öz hərbi üstünlüyünü qorumalıdır.
İsrail rejiminin enerji naziri əlavə edib: İsrailin Ərəbistanla əlaqələrinin gələcəyi naməlumdur və Vaşinqton və Ər-Riyadın silah anlaşması Təl-Əvivi narahat edən məsələdir.
ABŞ prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanının kralı Kral Salman şənbə günü Ər-Riyadda bir neçə hərbi anlaşma imzalayıblar. Bu anlaşmaların dəyəri 110 milyard dollara çatır.