Suriya KİV-ləri: Amerikanın Səudiyyə başçılarına qarşı fırıldağı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i270160-suriya_kİv_ləri_amerikanın_səudiyyə_başçılarına_qarşı_fırıldağı
Suriya mediyaları ərəb başçıları ilə ABŞ prezidenti Donald Tramp arasında Ərrəyadda baş tutan iclasın yeganə nəticəsinin Səudiyyə Ərəbistanı xalqının sərvətinin qarət edilməsi və amerikanların Səudiyyə başçıları və digər ərəb hökmranlarına börk qoyması olduğunu bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 22, 2017 13:33 Asia/Baku
  • Suriya KİV-ləri: Amerikanın Səudiyyə başçılarına qarşı fırıldağı
    Suriya KİV-ləri: Amerikanın Səudiyyə başçılarına qarşı fırıldağı

Suriya mediyaları ərəb başçıları ilə ABŞ prezidenti Donald Tramp arasında Ərrəyadda baş tutan iclasın yeganə nəticəsinin Səudiyyə Ərəbistanı xalqının sərvətinin qarət edilməsi və amerikanların Səudiyyə başçıları və digər ərəb hökmranlarına börk qoyması olduğunu bildiriblər.

Suriyanın rəsmi xəbər agentliyi SANA bildirib ki, Ərrəyad iclası və bu iclasda terrorizm və zorakılıq paytaxtından terrorizm ilə beynəlxalq mübarizə mərkəzinin yaradılmasının vurğulanması Səudiyyə Ərəbitanının və digər ərəb ölkələrinin sərvətlərinin qarət edilməsinə sadəcə bir bəhanədir. 

Əssorə qəzeti də bu günkü sayının baş məqaləsində yazır: Səudiyyə Kralı Amerikanın İranla qarşılaşacağı ümidi ilə xəzinənin qapısını Trampın üzünə açdı və Tramp şah Salmanın cibini boşaldandan sonra sionistlərin ürəyini ələ gətirmək istəyir. 

Suriyada çıxan Əl-Vətən qəzeti isə yazır: Son bir həftəyədək Səudiyyə Ərəbistanı ilə Amerika arasında sadəcə 100 milyard dollarlıq müqavilədən söz gedirdi amma bir neçə gündən sonra bu məbləğ 380 milyard dollara qalxdı. 

Əl-Bəəs qəzeti də yazıb: Ərrəyad iclasında islam dünyasının əsas məsələsi olan Fələstin məsələsinə heç toxunulmayıb da. 

Donald Trampın Ərrəyada səfərində Amerika və Səudiyyə Ərəbistanı arasında 110 milyard dollar dəyərində silah müqaviləsi imzalanıb. ABŞ prezidenti bu gün Təl-Əvivə gedib.