May 22, 2017 18:19 Asia/Baku
  • İraqın baş nazri BMT nümayəndəsi ilə görüşüb
    İraqın baş nazri BMT nümayəndəsi ilə görüşüb

İraqın baş nazirinin bu gün Bağdadda Birləşmiş Millətlər Təşkilatının nümayəndəsi ilə görüşündə bu təşkilatla ekologiya sahəsində əməkdaşlıqların gücləndirilməsi araşdırıb.

Əl-İraqiyyə telekanalının verdiyi məlumata görə, görüşdə İraqın baş naziri Heydər Əl-İbadi və BMT baş katibinin müavini və bu təşkilatın ekologiya proqramının rəhbəri Erik Solhaym İraqda müharibənin törətdiyi fəsadların aradan qaldırılması sahəsində əməkdaşlıqların genişləndirilməsi, bəzi zonalarda yaşıl qurşağın yaradılması və İraqın qabiliyyətlərinin gücləndirilməsi müzakirə edilib. 

Erik Solhaym da BMT-nin nohurlar barədə layihələri və tozanaq tufanların məhdudlaşdırılması üzrə tədbirlərinin İraqda daxil bəzi region ölkələrini də əhatə edən proqram çərçivəsində həyata keçirilməsini vurğulayıb. 

BMT baş katibinin müavini həmçinin İraqın xarici işlər naziri İbrahim Cəfəri ilə də görüşüb. 

Görüşdə İbrahim Cəfəri beynəlxalq ictimaiyyətin İraqa bütün sahələrdə yardım istiqamətindəki səylərinin koordinasiya edilməsini vurğulayaraq deyib: İraq özünün ekoloji durumunu bərpa etməyə və bu istiqamətdə BMT və ölkələrin proqramlarından faydalanmağa önəm verir. 

Əl-Cəfəri deyib: BMT-nin ekologiya proqramının ofisinini Bağdadda açılması İraqda ətraf mühitə dəstək sahəsində əvəz edilməz rola malik olacaq. 

BMT-nin ətraf mühit proqramının rəhbəri də deyib: BMT bütün sahələrdə İraqa dəstək olmaqda və lazımı yardımlar göstərməkdə davam edəcək. 

 

Teqlər