Bəhreynin kəfən geymiş xalqı Əldiraz məntəqəsində aksiya keçirib
-
Bəhreynin kəfən geymiş xalqı Əldiraz məntəqəsində aksiya keçirib
Kəfən geymiş minlərlə bəhreynli bu ölkənin tanınmış şiə din xadimi Şeyx İsa Qasimi himayə istiqamətində Əldiraz məntəqəsində aksiya keçirib.
Bu aksiya bu gün səhər tezdən və Şeyx İsa Qasimə qarşı məhkəmə hökmünün çıxarılmasının ardınca keçirilibdir.
Aksiyaçılar bir bəyanat qəbul edərək, Şeyx İsa Qasimin mənzilinə qarşı hər cür təcavüz haqda xəbərdarlıq ediblər.
Əldiraz məntəqəsinin yaxınlığındakı "Bəni Cəmrə" və Barbar" məntəqələrinin sakinləri də Şeyx İsa Qasimi himayə istiqamətində piyada şəkildə Əldiraza daxil olublar.
Ali-Xəlifə rejiminin məhkəməsi bazar günü Şeyx İsa Qasim barədə hökm çıxardı. Bu hökmə əsasən, onun əmlakı müsadirə olunur və özü isə bir il həbsə məhkum edilir.
Bəhreyn xalqı bu ölkənin müxtəlif şəhərlərində aksiyalar keçirərək, həmin hökmə etiraz edibdir.