Ali-Xəlifə hərbçilərinin Əldiraz məntəqəsinə hücumu
-
Ali-Xəlifə hərbçilərinin Əldiraz məntəqəsinə hücumu
Bəhreynli mənbələr Ali-Xəlifə rejimi hərbçilərinin Əldiraz məntəqəsində Bəhreyn şiələrinin böyük din xadimi Şeyx İsa Qasimin tərəfdarlarına qarşı hücumundan və bu hücumda azı bir nəfərin öldürülməsindən xəbər veriblər.
Bəhreyn məhkəməsinin Şeyx İsa Qasimə qarşı hökmünün verilməsi və bu ölkənin müxtəlif şəhərlərində aksiyaların keçirilməsilə bu gün səhər Əldiraz məntəqəsində bir daha həmin hökmün pislənilməsi istiqamətində geniş aksiya keçirilibdir.
Bəhreynli mənbələr bildiriblər ki, Ali-Xəlifə rejiminin hərbçiləri Əldiraz məntəqəsində yerləşən Əlfəda meydanında aksiyaçılara basqın edərək, piketçilərlə toqquşublar. Bu toqquşma nəticəsində həmin məntəqə sakinlərindən biri həlak olub, 100-dən çox insan da yaralanıbdır.
Ali-Xəlifə rejiminin hərbçiləri bəhreynliləri rezin güllələr və qaz ilə hədəfə alıblar. Xəbərlər yaralıların sayının artmasından söz açır. Bu toqquşma Ali-Xəlifə rejimi ünsürlərindən bir qrupunun da yaralanması ilə nəticələnibdir.
Bəhreynli mənbələr həmçinin vurğulayıblar ki, Ali-Xəlifə rejiminin hərbçiləri Əldiraz əhalisinin evlərinə qarşı geniş hücumlar həyata keçirməkdədirlər.
Ali-Xəlifə rejiminin məhkəməsi bazar günü Şeyx İsa Qasim barədə hökm çıxardı. Bu hökmə əsasən, onun əmlakı müsadirə olunur və özü isə bir il həbsə məhkum edilir. Bu hökm xalq etirazları dalğasına səbəb olubdur.
Bəhreyn 2011-ci ildən bəri Ali-Xəlifə rejiminin repressiya siyasətlərinə qarşı ümumi narazılıqlar böhranı ilə üzləşir.