Şeyx İsa Qasim hərbi mühasirədə
May 23, 2017 17:18 Asia/Baku
-
Şeyx İsa Qasim hərbi mühasirədə
Ali-Xəlifə rejiminin daxili işlər nazirliyi bildirib ki, bu rejimin xəfiyyə qüvvələri Bəhreyn şiələrinin böyük din xadimi Şeyx İsa Qasimin mənzilinə basqın etdikdən və onun tərəfdarları ilə bir neçə saatlıq döyüşdən sonra onu hərbi mühasirəyə alıblar.
Bəhreynli mənbələr də bu gün bildiriblər ki, Ali-Xəlifə rejiminin xəfiyyə qüvvələri Şeyx İsa Qasimin mənzilində olan 150 bəhreynli gənci həbs ediblər.
Digər tərəfdən, Bəhreyn İnsan Haqları Mərkəzinin sədri Baqir Dərviş Əlməyadin telekanalı ilə müsahibədə deyib ki, Bəhreyn xalqı bu kimi siyasi və qanuni məsuliyyəti birbaşa surətdə bu ölkənin hökmranlarına və Amerika, İngiltərə, Ərəbistan və Birləşmiş Ərəb Əmirliklərinin dövlətlərinə aid edir.