Ali-Səud hərbçiləri Ərəbistanın şərq əhalisinə hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i270280-ali_səud_hərbçiləri_Ərəbistanın_şərq_əhalisinə_hücum_ediblər
Ali-Səud hərbçiləri 13-cü gün dalbadal hərbi güllələr və raketlərlə Ərəbistanın şərqindəki Əlqətif vilayətində yerləşən Ələvamiyyə şəhərinin əhalisinə hücum ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 23, 2017 14:27 Asia/Baku
  • Ali-Səud hərbçiləri Ərəbistanın şərq əhalisinə hücum ediblər
    Ali-Səud hərbçiləri Ərəbistanın şərq əhalisinə hücum ediblər

Ali-Səud hərbçiləri 13-cü gün dalbadal hərbi güllələr və raketlərlə Ərəbistanın şərqindəki Əlqətif vilayətində yerləşən Ələvamiyyə şəhərinin əhalisinə hücum ediblər.

IRIB-nin məlumatına görə, Ali-Səud hərbçiləri bu gün Ələvamiyyə şəhərinə hücum edərək, əhalinin evlərini yandırıb və onlarda mövcud olan ev vəsaitlərini məhv ediblər. Bu hücumlarda bir qrup mülki də yaralanıbdır.

Bir qrup Ərəbistan vətəndaşı səud hərbçilərinin Ələvamiyyə şəhərinə qarşı hücumunun əvvəlindən itkin düşüb və Ali-Səud hərbçilərinin bu şəhərə qarşı hücumları davam etməkdədir. Ərəbistan rejimi ötən fevral ayından bəri Ələvamiyyədə yerləşən tarixi Əlməsurə kəndini bərpa etmək bəhanəsilə bu məntəqənin sakinlərini öz evlərindən çıxarır. 

Ərəbistanın şərqi 2011-ci ildən sərvətin ədalətsiz bölünməsinə və ədalətsizliklərə qarşı etirazlar səhnəsidir. Ali-Səud rejiminə qarşı yönəlmiş bu etirazlarda onlarla nəfər ölüb, bir qrup insan da yaralanıbdır.