May 24, 2017 14:12 Asia/Baku
  • Ərəbistan Bəhreyn vətəndaşlarının repressiyasını dəstəklədiyini etiraf etdi

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi bildirib: Bu ölkə tanınmış bəhreynli ruhani Şeyx İsa Qasimin yaşadığı Əd-Duraz məhəlləsində Bəhreynin təhlükəsizlik tədbirlərini dəstəkləyir.

Əl-Aləm televiziyasının məlumatına görə, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindəki bir rəsmi bu ölkənin Bəhreynin müxtəlif bölgələri, o cümlədən Əd-Durazda təhlükəsizlik tədbirlərini dəstəklədiyini vurğulayıb və iddia edib ki, Bəhreynin təhlükəsizliyi və stabilliyi Ərəbistan və Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv digər ölkələrin təhlükəsizlik və stabilliyinin ayrılmaz hissəsidir.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi öz fikrincə Əd-Duraz məhəlləsindəki əməliyyatı təhlükəsizliyə zərbə vurmaq üçün terror aktları ilə mübarizə adlandırıb.

Bəhreyn məhkəməsinin tanınmış ruhani Şeyx İsa Qasimin həbs və əmlakının müsadirə olunmasına dair qərarından və ictimai etirazların artmasından sonra, Ali-Xəlifə rejimi qüvvələri çərşənbə axşamı günü şeyx İsa Qasimin yaşadığı Əd-Duraz məhəlləsinə hücum ediblər. Bu qarşıdurmada 5 nəfər həlak olub, 100 nəfər yaralanıb, təxminən 300 nəfər də saxlanılıb.

Bəhreyn hərbçiləri ABŞ və Səudiyyə Ərəbistanının dəstəyi ilə Şeyx İsa Qasimin yaşadığı məkanı mühasirəyə alıblar.

Ali-Xəlifə rejimi Bəhreyndə Ada Sipəri qüvvələri çərçivəsində yerləşən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri hərbçilərinin köməyi ilə 2011-ci il 14 fevraldan başlayan ictimai etirazları repressiya edir.

Teqlər