Səudiyyə hərbçilərinin əl-Əvamiyyə şəhərinə hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i270418-səudiyyə_hərbçilərinin_əl_Əvamiyyə_şəhərinə_hücumları_davam_edir
Səudiyyə Ərəbistanının şərqində əl-Əvamiyyə şəhəri və əl-Məsurə kəndinə hücum, yaşayış massivləri, məktəblər və məscidlərin dağıdılması və yandırılmasından iki həftənin keçməsinə baxmayaraq, bu hücumlar hələ də beynəlxalq ictimaiyyətin sükutu sayəsində davam etməkdədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 24, 2017 09:50 Asia/Baku
  • Səudiyyə hərbçilərinin əl-Əvamiyyə şəhərinə hücumları davam edir

Səudiyyə Ərəbistanının şərqində əl-Əvamiyyə şəhəri və əl-Məsurə kəndinə hücum, yaşayış massivləri, məktəblər və məscidlərin dağıdılması və yandırılmasından iki həftənin keçməsinə baxmayaraq, bu hücumlar hələ də beynəlxalq ictimaiyyətin sükutu sayəsində davam etməkdədir.

Fars Xəbər Agentliyinin məlumatına görə, bu günün ilk saatlarından səudiyyə hərbçiləri Ərəbistanın şərqində əl-Dirə məhəlləsinə hücum edib və müxtəlif partlayıcı və qadağan olunmuş yanar bombalarla bu bölgə sakinlərinin mənzillərini atəşə tutublar. Bu da bu məhəllədə ticarət obyektlərindən birində yanğınla nəticələnib. Ətrafın mühasirəyə alındığına görə, sakinlər yanğını söndürə bilməyiblər.

Bu arada tarixi əl-Məsurə kəndində səudiyyəli hərbçilər zirehli avtomobillər və davamlı atəşlərin dəstəyi ilə Şeyx Nimr dini elmlər mədrəsəsini bir daha dağıdıblar.

Səudiyyə Ərəbistanının təhlükəsizlik məmurları indiyə qədər bir neçə dəfə əl-Əvamiyyə, əsasən də tarixi əl-Məsurə kəndinə hücum edib və çoxlu sayda mənzili dağıdıblar. Lakin bu dəfə beynəlxalq ictimaiyyətin sükutu sayəsində bu cinayət təkrarlanıb.

Əl-Məsurə kəndi Şeyx Nimrin doğulduğu və Ərəbistanın şərqində etirazçıların simvoluna çevrilən məkandır. Ər-Riyad kəndin köhnə olması və bölgəni genişləndirmək məqsədilə onu tamamilə dağıtmaq niyyətindədir.

Səudiyyə Ərəbistanının çevik reaksiya qüvvələri iddia edirlər ki, bu şiə sakinli kənd de-stabillik və terrorizmlə mübarizə üçün dərhal dağıdılmalıdır. Çünki onu ictimai etirazların ilham mənbəyi hesab edirlər.