Bəhreyndə matəm elan olunub
-
Bəhreyndə matəm elan olunub
Ali-Xəlifə rejimi mmurlarının Əd-Duraz məhəlləsinə təcavüzü və yüzlərlə nəfəri yaralaması və həbs etməsi ardınca, Bəhreyn alimləri çərşənbə və cümə axşamı günləri bu ölkədə matəm elan ediblər.
Bəhreyn alimləri bu bəyanatda Ali-Xəlifə rejiminin Əd-Duraz məhəlləsi və Şeyx İsa Qasimin mənzilinə hücum və Bəhreyndə gərginlik yaratmaqda məsuliyyət daşıdğını bildiriblər.
Bəhreyn alimləri həmçinin Ali-Xəlifə rejiminin hərəkətləri ilə xəbərdarlıq ediblər: Hərbçilrin Şeyx İsa Qasimin mənzilinə basqını və bu dini alimlə başqaları arasıdna əlaqənin kəsildiyi zamandan hələ də onun taleyi haqda məlumat yoxdur.
Bəhreyn məhkəməsinin tanınmış ruhani Şeyx İsa Qasimin həbs və əmlakının müsadirə olunmasına dair qərarından və ictimai etirazların artmasından sonra, Ali-Xəlifə rejimi qüvvələri çərşənbə axşamı günü şeyx İsa Qasimin yaşadığı Əd-Duraz məhəlləsinə hücum ediblər. Bu qarşıdurmada 5 nəfər həlak olub, 100 nəfər yaralanıb, təxminən 300 nəfər də saxlanılıb.
Bəhreyn hərbçiləri ABŞ və Səudiyyə Ərəbistanının dəstəyi ilə Şeyx İsa Qasimin yaşadığı məkanı mühasirəyə alıblar.
Ali-Xəlifə rejimi Bəhreyndə Ada Sipəri qüvvələri çərçivəsində yerləşən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri hərbçilərinin köməyi ilə 2011-ci il 14 fevraldan başlayan ictimai etirazları repressiya edir.