May 25, 2017 14:56 Asia/Baku
  • Suriya ordusu Hələb vilayətində yeni uğurlar əldə edib
    Suriya ordusu Hələb vilayətində yeni uğurlar əldə edib

Suriya ordusu bir bəyanat yayaraq bildirib: Hələb vilayətinin şərq hissəsində terrorçulara qarşı əməliyyat zamanı təqribən 3000 İŞİD terrorçusu məhv edilib və ya yaralanıb.

Suriyanın dövlət xəbər agentliyi SANA-nın cümə axşamı verdiyi məlumata görə, Suriya ordusunun bəyanatında deyilir: Hələb vilayətində İŞİD terrorçuları ilə döyüşlərin ardınca 28 kənd və qəsəbə azad edilib.

Suriya ordusu həmçinin, çərşənbə günü Hələbin şərqində yerləşən Əl-Cərah hava bazasına nəzarətin yenidən təmin edilməsindən xəbər verib.

Hələb vilayətində gedən son döyüşlərdə əslən İraq, Tunis, Ərəbistan və Misir vətəndaşı olan bir neçə terrorçu dəstə başçısı da öldürülüb.

Suriya ordusu 2016-cı ilin dekabr ayı və 2017-ci ilin əvvəllərində başlatdığı hərbi əməliyyatlar çərçivəsində Hələb vilayətinin terrorçulardan təmizlənməsi ardıncadır.

Suriyadan daxil olan başqa məlumatlara görə, ABŞ qırıcılarının Suriyanın şimalında yerləşən Rəqqə vilayətinin qərbinə olan son hücumlarında 18 mülki həyatını itirib.

Suriya İnsan Haqları Nəzarətçisi Mərkəzi çərşənbə axşamı bildirib ki, ABŞ-ın başçılıq etdiyi anti-İŞİD koalisiyasının 23 Apreldən 23 Maya kimi olan müddət ərzində həyata keçirdiyi hava hücumları zamanı 225 mülki həyatını itirib.

ABŞ-ın başçılıq etdiyi anti-İŞİD koalisiyası 2014-cü ilin avqustundan etibarən Suriyada hərbi əməliyyatlara başlayıb. Bu hücumlar indiyə kimi sadəcə sivil əhalinin qırğın edilməsinə xidmət edib.

Teqlər